XƏBƏRLƏR / Siyasət

Ceyhun Bayramov Somalidən olan həmkarı ilə görüşüb YENİLƏNİB

Bu barədə XİN məlumat yayıb VİDEO

Ceyhun Bayramov Somalidən olan həmkarı ilə görüşüb YENİLƏNİB
  • Oxuma müddəti:

    1 dəqiqə

  • 12:19

    Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Somalinin xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Əhməd Moallim Fiqi ilə geniş tərkibdə görüşüb.

    Tərəflər ikitərəfli və çoxtərəfli əməkdaşlığın gücləndirilməsi perspektivlərini müzakirə ediblər.

    Onlar əməkdaşlığın müxtəlif sahələrinin, o cümlədən iqtisadiyyat, ticarət, enerji təhlükəsizliyi və s. potensialından istifadə mexanizmləri barədə fikir mübadiləsi aparıb, BMT, Qoşulmama Hərəkatı, İƏT daxilindəki əməkdaşlıq barədə danışıblar.

    Qeyd olunub ki, COP29-a sədrlik Azərbaycanın mühüm fəaliyyət platformalarından biridir.

    Görüş zamanı, həmçinin Azərbaycanın münaqişədən sonrakı regional yenidənqurma və sülh səyləri müzakirə edilib.

    Daha sonra Somali Federativ Respublikasının xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Əhməd Moallim Fiqi Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə birgə mətbuat konfransı keçirib.

    ***

    11:53

    Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Somalidən olan həmkarı Əhməd Moallim Fiqi ilə görüşüb.

    Bu barədə nazirlikdən bildirilib.

    Qeyd olunub ki, Ə.M.Fiqi Azərbaycanda rəsmi səfərdədir.