Suriyalı lider son 58 ildə ilk dəfə ABŞ-a səfər edib
Bu barədə "Syria TV" telekanalı məlumat verib

Suriyanın keçid dövrü Prezidenti Əhməd Əl Şaraa BMT Baş Assambleyasının (BA) 80-ci sessiyasında iştirak etmək üçün Vaşinqtona gəlib.
Bu barədə "Syria TV" telekanalı məlumat verib.
Məlumata görə, bu, 1967-ci ildən bəri suriyalı prezidentin ABŞ-a ilk rəsmi səfəridir.
Bildirilir ki, Əl Şaraaya dörd nazir müşayiət edir. Gözlənilir ki, bu səfər Suriya ilə ABŞ arasında diplomatik münasibətlərin bərpasını, o cümlədən Vaşinqtonda Suriya səfirliyinin rəsmi açılışını müzakirə etmək imkanı yaradacaq.