XƏBƏRLƏR / Siyasət

İƏT 20-ci sessiyasında Bakı Bəyannaməsi qəbul edilib

400-dən çox nümayəndənin qatıldığı tədbir bu gün başa çatır

İƏT 20-ci sessiyasında Bakı Bəyannaməsi qəbul edilib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqı Konfransının (İƏT) 20-ci sessiyasında Bakı Bəyannaməsi qəbul edilib.

    Bəyannamədə İƏT Parlament İttifaqının Nizamnaməsində təsbit olunmuş məqsədlərə sadiqlik, eləcə də İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Nizamnaməsinə, Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə və beynəlxalq hüququn məqsəd və prinsiplərinə hörmət etmək öhdəliyi bir daha təsdiqlənib.

    İƏT Parlament İttifaqı komitələrinin hesabatları da qəbul edilib.

    400-dən çox nümayəndənin qatıldığı tədbir bu gün başa çatır.