Ərdoğan Berdiməhəmmədovla telefonla danışıb
Bu barədə Türkiyə mətbuatı xəbər yayıb
Türkiyə Prezidenti R.T.Ərdoğan Türkmənistan Xalq Məclisinin sədri Qurbanqulu Berdiməhəmmədovla telefonla danışıb.
Tərəflər Türkiyə-Türkmənistan münasibətlərinin inkişafı, eləcə də regional və beynəlxalq məsələləri müzakirə ediblər.
Ərdoğan Ankaranın Aşqabadla əməkdaşlığı gücləndirməyə davam etmək niyyətində olduğunu bildirib.
Bundan əlavə, Türkiyə lideri Berdiməhəmmədovu Türk Dövlətləri Təşkilatının 13-cü zirvə toplantısında və COP31 konfransında iştirak etməyə dəvət edib.
1 dəqiqədən az