Azərbaycan türk dünyasında körpü rolunu oynayır
Bunu Türk Dövlətləri Təşkilatının Baş katibinin müavini Ömər Kocaman deyib

Türk Dünyası çərçivəsində əməkdaşlığın gücləndirilməsində Azərbaycan Respublikası əvəzsiz töhfə və sarsılmaz dəstək vermişdir.
Bunu “Qlobal qeyri-müəyyənlik dövründə Türk Dövlətləri Təşkilatı regional aktyor kimi” mövzusuna həsr olunmuş konfransda Türk Dövlətləri Təşkilatının Baş katibinin müavini Ömər Kocaman deyib.
"Prezidentin qeyd etdiyi kimi, Türk Dünyası geniş coğrafiyaya, geniş əraziyə, böyük hərbi qüdrətə, böyük iqtisadiyyata, təbii sərvətlərə, nəqliyyat yollarına, gənc və getdikcə artan əhalisinə, eyni kökdən olan xalqlara malikdir. "Bundan daha güclü birlik ola bilərmi? Təbii ki, yox! Türk Dövlətləri Təşkilatının qlobal arenada mühüm aktyor və güc mərkəzi olması üçün birgə səy göstərməliyik. Buna ancaq birlikdə nail ola bilərik", - Kocaman bildirib.
Strateji coğrafi mövqeyinə görə Azərbaycan türk regionu daxilində ticarət, nəqliyyat və əlaqənin inkişafı baxımından Türk dünyasının çox əhəmiyyətli bir hissəsi olduğunu qeyd edən natiq, "Azərbaycan türk dünyasında körpü rolunu oynayır", - vurğulayıb.