XƏBƏRLƏR / Siyasət

Tokayev və Mirziyoyev görüşüblər

Bu barədə Qazaxıstan Prezidentinin mətbuat xidməti məlumat yayıb

Tokayev və Mirziyoyev görüşüblər
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Qazaxıstan dövlət başçısı Kasım-Jomart Tokayev Daşkənddə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ilə danışıqlar aparıb.

    Bu barədə Qazaxıstan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

    Görüşdə dövlət başçıları Qazaxıstan-Özbəkistan strateji tərəfdaşlığı və müttəfiqliyinin gələcək inkişaf perspektivlərini ətraflı müzakirə ediblər.

    Prezidentlər ticarət, sənaye kooperasiyası, nəqliyyat və logistika, energetika, kənd təsərrüfatı, su ehtiyatları, eləcə də mədəni-humanitar sahədə qarşılıqlı fəaliyyət kimi prioritet sahələrdə əməkdaşlığın möhkəmləndirilməsi məsələlərini nəzərdən keçiriblər.

    Regional və beynəlxalq gündəliyin aktual məsələlərinə dair fikir mübadiləsi aparılıb.