Hikmət Hacıyev ABŞ-da sülh təşəbbüsləri barədə danışıb
Bu barədə Azərbaycanın ABŞ-dakı səfirliyindən məlumat verilib

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Vaşinqtonda keçirilən ABŞ-Yaxın Şərq sammitində və Amerika Yəhudi Komitəsinin (AJCK) tədbirində Azərbaycan ilə ABŞ arasında strateji tərəfdaşlıq, regional gündəm və Azərbaycanın qlobal əhəmiyyətli sülh təşəbbüsləri barədə ətraflı danışıb.
Bu barədə Azərbaycanın ABŞ-dakı səfirliyindən məlumat verilib.