Prezident Ərdoğan və xanımı Əminə Misirdən Türkiyəyə qayıtdı
Türkiyə Prezidenti 12 ildən sonra ilk dəfə Misirə rəsmi səfərə etmişdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 12 ildən sonra rəsmi səfər çərçivəsində gəldiyi Misirdəki rəsmi təmaslarını başa vuraraq Türkiyəyə gedib.
Prezident Ərdoğanı Qahirə Beynəlxalq Hava Limanından Misir Prezidenti Əbdülfəttah əs-Sisi və Türkiyənin Qahirədəki səfiri Salih Mutlu Şen yola salıb.