Fransanın XİN rəhbəri Ketrin Kolonna Bakıya gəlib
O, bu barədə öz Twitter səhifəsində yazıb
Fransanın Avropa və xarici işlər naziri Ketrin Kolonna Azərbaycana səfərə gəlib. O, bu barədə öz Twitter səhifəsində yazıb.
“Mən Bakıya Qafqazda səyahətimə başlamaq üçün gəlmişəm” deyən Ketrin Kolonna Ermənistan və Gürcüstana da səfər etməyi planlaşdırdığını yazıb.
O qeyd edib ki, Fransa regionda sülhün qorunmasının nə qədər vacib olduğunu anlayır və buna sadiqdir.
"Bu mənim mesajım olacaq" yazıda deyilir.