XƏBƏRLƏR / Siyasət

Si Cinpin Qazaxıstana səfərə gedib YENİLƏNİB

Astanada İİ “Mərkəzi Asiya-Çin” Zirvə görüşü keçirilir

Si Cinpin Qazaxıstana səfərə gedib YENİLƏNİB
  • Oxuma müddəti:

    1 dəqiqə

  • 14:32

    Çin Xalq Respublikasının (ÇXR) Sədri Si Cinpin Qazaxıstana rəsmi səfərə gəlib.

    Qazaxıstan Prezidentinin mətbuat xidməti xəbər verir ki, ÇXR Sədrini aeroportda Prezident Kasım-Jomart Tokayev qarşılayıb.

    Qazaxıstan sərhədindən paytaxta qədər ÇXR sədrinin təyyarəsini Hərbi Hava Qüvvələrinin qırıcı təyyarələri müşayiət edib.


    ***

    12:31

    Çin Xalq Respublikasının (ÇXR) Sədri Si Cinpin Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin dəvəti ilə bu ölkəyə səfərə gedib.

    Səfərin məqsədi Astanada keçiriləcək ikinci “Mərkəzi Asiya-Çin” Zirvə görüşündə iştirakdır.

    Səfər çərçivəsində ikitərəfli görüşlərin keçirilməsi də nəzərdə tutulub.

    Qeyd edək ki, I “Mərkəzi Asiya-Çin” zirvə görüşü 2023-cü ilin mayında Çinin Sian şəhərində keçirilib.