Ermənistan Qarabağda yaşayan ermənilərə pasport vermir?
Buna görə bank kartlarının və pensiyaların köçürülməsinin müddətinin uzadılması qeyri-mümkün olur
Qarabağda qeyri-qanuni yaşayan Ermənistan Respublikasının vətəndaşlarına pasportlarının müddəti bitdikdən sonra yeni pasportlar verilmir. Bu baxımdan Ermənistandan alınan bank kartlarının və pensiyaların köçürülməsinin müddətinin uzadılması qeyri-mümkün olur.
Xankəndidə yaşayan içtimai fəal Arşak Abramyan bundan təəssüflənərək bildirib ki, rəsmi İrəvan əslində nəinki əlini Qarabağdan üzüb, həm də bu ərazidə qalan Ermənistan Respublikası vətəndaşlarının da taleyi ilə maraqlanmır.