Qrono Naxçıvan dəmir yolunun bərpasını müzakirə edib
Bu Aİ Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsinin mövzu ilə bağlı ölkəyə ikinci səfəridir
Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono Bakıda yüksək səviyyəli məsləhətləşmələr keçirib.
Bu barədə Maqdalena Qrono “X”də bildirib.
O qeyd edib ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov və xarici işlər naziri Ceyhun Bayramovla görüşüb.
Görüşlərdə Azərbaycan-Ermənistan sülh gündəliyi müzakirə edilib: “Aİ Vaşinqton görüşündən sonrakı dinamikanı qoruyub saxlamaq və sülhün faydalarını regionda hiss etdirmək üçün Azərbaycan və Ermənistanla çalışmağa qəti şəkildə sadiqdir”.
Xüsusi nümayəndənin sözlərinə görə, danışıqlarda Naxçıvan mərkəzi mövzu olub, konnektivlik, regional əməkdaşlıq və humanitar məsələlər barədə fikir mübadiləsi aparılıb.
1 dəqiqə