XƏBƏRLƏR / Siyasət

Si Cinpin Zelenski ilə telefonla danışdı

Çin Xalq Respublikası sədrinin Ukrayna Prezidenti ilə söhbəti barədə Çin televiziyası məlumat verib

Si Cinpin Zelenski ilə telefonla danışdı
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Telefon söhbətindən sonra Volodimir Zelenski deyib ki, Si Cinpinlə söhbət uzun və mənalı olub, o, bunun ikitərəfli münasibətlərin inkişafına güclü təkan verəcəyinə inanır.

    Prezident  Si Cinpinlə söhbətindən sonra Ukraynanın Pekinə səfir təyin etdiyini açıqlayıb (əvvəlki səfir 2021-ci ilin fevralında vəfat edib, yenisi isə təsdiqlənməyib).

    Öz növbəsində, Si Cinpin bildirib ki, beynəlxalq vəziyyətdən asılı olmayaraq, Pekin Kiyevlə əməkdaşlığa hazırdır. Çin Ukraynada tezliklə atəşkəs əldə etməyə çalışacaq. Çin öz nümayəndəsini həlledici məsləhətləşmələr üçün Ukraynaya və digər ölkələrə səfərə göndərəcək. Si Cinpin deyib.