XƏBƏRLƏR / Siyasət

İlham Əliyev yeni səfirləri qəbul etdi FOTOLAR

Bu barədə "president .az" saytı yazıb

İlham Əliyev yeni səfirləri qəbul etdi FOTOLAR
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Noyabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Moldova Respublikasının ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Aleksandr Esaulenkonun etimadnaməsini qəbul edib. Bu barədə Prezidentin Mətbuat Xidməti Məlumat verib.

    Bundan əlavə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 24-də Liviya Dövlətinin ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Ali Salem Naserin də etimadnaməsini qəbul edib.

    Dövlət başçısı, həmçinin Vatikanın ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Marek Solçinskinin etimadnaməsini qəbul edib.