Toivo Klaar Azərbaycana gələcək
Aİ Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi məsləhətləşmələr aparacaq
Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar 25-26 noyabr tarixlərində Azərbaycan rəhbərliyi ilə yüksək səviyyəli müntəzəm məsləhətləşmələr aparmaq üçün bu axşam Bakıya gəlir.
Bu barədə APA-nın sorğusuna cavab olaraq Toivo Klaarın ofisindən bildirilib.
Qeyd olunub ki, bu məsləhətləşmələrdə Aİ-Azərbaycan əməkdaşlığının gündəliyi və Azərbaycan-Ermənistan normallaşma prosesi müzakirə olunacaq.