Fransanın XİN başçısı Şəhidlər Xiyabanına getdi FOTO
O, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub
Fransanın Avropa və xarici işlər naziri Ketrin Kolonna Bakıda Şəhidlər xiyabanını ziyarət edib. O, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.
Qeyd edək ki, Kolonna Bakıda səfərdədir. O, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qəbul edilib, daha sonra xarici işlər naziri Ceyhun Bayramovla görüşüb.