XƏBƏRLƏR / Siyasət

Aİ Azərbaycan, İran və Rusiyaya qarşı kəşfiyyat aparır

Bunu Avropanın Ermənistandakı müşahidə missiyası haqda Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimov deyib

Aİ Azərbaycan, İran və Rusiyaya qarşı kəşfiyyat aparır
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimov müsahibəsində Avropa İttifaqının (Aİ) Ermənistandakı müşahidə missiyasına qarşı ittihamlar səsləndirib:

    “Missiyanın Qərbin hibrid müharibəsinin aləti olması onun məxfiliyini və Ermənistan və ya Azərbaycanın nəzarətinin olmadığını təsdiqləyir. Faktiki olaraq Azərbaycan, İran və Rusiyaya qarşı kəşfiyyat məlumatları toplayır”, - deyə rusiyalı diplomat bildirib.

    Daha sonra Yevdokimov qeyd edib ki, "Qərbin müxtəlif ölkələrin və regionların işlərinə müdaxiləsi heç vaxt sülh yolu ilə nizamlanmaya gətirib çıxarmayıb. Onların Cənubi Qafqazda əsas məqsədləri uzunmüddətli və davamlı sülhə nail olmaq deyil, Rusiyanı sıxışdırıb çıxarmaq, regionumuzda süni parçalanma xətləri yaratmaq və son nəticədə Avrasiyada inteqrasiya proseslərinə xələl gətirməkdir. 

    Bu cür müdaxilələrə misal olaraq Ermənistanda Aİ-nin hazırkı müşahidə missiyasını göstərmək olar. Kanadadan bir “mütəxəssis”in də əlavə olunması ilə əslində şübhəli məqsədləri olan NATO əməliyyatına çevrildi.

    Ümumiyyətlə, Ermənistanın indiki xarici siyasəti bu ölkənin gələcəyi ilə bağlı narahatlıq doğurur. Qərblə təhlükəsizlik sahəsində əməkdaşlıq, bir qayda olaraq, yaxşı heç nəyə gətirib çıxarmır.
    Biz əminik ki, Cənubi Qafqazda istənilən problem kənar müdaxilə olmadan region dövlətlərinin özləri tərəfindən həll edilməlidir. “3+3” məsləhətçi regional platforması (Azərbaycan, Ermənistan, Gürcüstan və Rusiya, İran, Türkiyə) bu baxımdan faydalıdır. Hazırda onun xarici işlər nazirləri səviyyəsində növbəti görüşünün vaxtı razılaşdırılır."