XƏBƏRLƏR / Siyasət

Ermənistan və Türkiyə xüsusi nümayəndələri görüşəcək

YENİLƏNİB

Ermənistan və Türkiyə xüsusi nümayəndələri görüşəcək
  • Oxuma müddəti:

    2 dəqiqə

  • 14:32

    Ermənistan Xarici İşlər Nazirliyi Türkiyə KİV-lərinin Ermənistan və Türkiyə nümayəndə heyətlərinin “Marqara-Alican” sərhəd-keçid məntəqəsinin fəaliyyətinə dair gələn həftə keçiriləcək görüşlə bağlı məlumatını təsdiqləyib.

    Bu barədə ER XİN-in mətbuat katibi Ani Badalyan sosial şəbəkədə paylaşım edib.

    “Ermənistan və Türkiyə arasında münasibətlərin tənzimlənməsi çərçivəsində yaxın günlərdə Ermənistanda xüsusi nümayəndələr Ruben Rubinyan və Serdar Kılıçın görüşü planlaşdırılıb,” – deyə respublikanın Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilib.

    ***

    13:03

    Türkiyə-Ermənistan münasibətlərində daha bir mühüm mərhələ başlayır.

    Türkiyə mediası xəbər verir ki, Türkiyə ilə Ermənistan ilk dəfə heyətlərarası görüş üçün bir araya gəlir.

    Səfərin gələn həftənin əvvəlində keçirilməsi planlaşdırılır. Diplomatik mənbələrdən əldə edilən məlumata görə, səfir Serdar Kılıçın rəhbərlik etdiyi heyətin Ermənistan tərəfinə Alican sərhəd-keçid məntəqəsindən keçərək getməsi gözlənilir.

    İlk dəfə keçiriləcək heyətlərarası görüşdə Türkiyə-Ermənistan ikitərəfli münasibətlərinin normallaşdırılması üçün bəzi qərarların qəbul olunması və daha əvvəl qəbul edilmiş qərarların icraya qoyulması gündəmdə olacaq.

    Keçmiş illərdə aparılmış beş ayrı görüşdə yük daşımaları, və hava uçuşlarının başlanması, sərhədlərin açılması üçün texniki və infrastruktur işlərinin həyata keçirilməsi barədə qərarlar qəbul edilmişdi.

    Diplomatik pasport daşıyan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi ilə yanaşı, üçüncü ölkə vətəndaşlarının Türkiyə-Ermənistan sərhədindən keçməsinə icazə verilməsi məsələsində də razılıq əldə edilmişdi, lakin bu qərar hələ həyata keçirilməyib.

    Səfərin ABŞ-Ermənistan və Azərbaycan arasında Zəngəzur dəhlizi ilə bağlı müqavilənin imzalanmasının ardından baş tutması da mühüm əhəmiyyət kəsb edir.