Putin İşgəncələrə qarşı konvensiyanı ləğv etmək istəyir
Rusiya Prezidenti Dövlət Dumasına müvafiq qanun layihəsi təqdim edib

Rusiya Prezidenti Vladimir Putin Dövlət Dumasının müzakirəsinə "İşgəncənin və qeyri-insani və ya ləyaqəti alçaldan rəftarın və ya cəzanın qarşısının alınması haqqında" Avropa Konvensiyasının ləğvi barədə qanun layihəsi təqdim edib.
Bu barədə TASS Dumanın elektron məlumat bazasına istinadən məlumat yayıb.
Bu sənəd Avropa Şurasının üzvləri tərəfindən 1987-ci il noyabrın 26-da qəbul edilib, Rusiya konvensiyanı 1996-cı ildə imzalayıb, ölkə ərazisində iki il sonra qüvvəyə minib.