XƏBƏRLƏR / Siyasət

Məhəmməd Şahbaz Şərifin Azərbaycana səfəri başlayıb

Pakistanın Baş nazirini Azərbaycanın mədəniyyət naziri Adil Kərimli qarşılayıb

Məhəmməd Şahbaz Şərifin Azərbaycana səfəri başlayıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşündə iştirak etmək üçün iyulun 3-də Azərbaycana səfərə gəlib.

    Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

    Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifi Azərbaycanın mədəniyyət naziri Adil Kərimli və digər rəsmi şəxslər qarşılayıblar.