Azərbaycan Prezidenti Avropa İttifaqını danlayıb
Reuters agentliyi İlham Əliyevin Avropa İttifaqına xəbərdarlığını üz qabığına çıxarıb
Reuters agentliyi "Azərbaycan Prezidenti Ermənistanla yeni münaqişə başlayacağı təqdirdə Fransanın günahkar olacağını bildirib" başlığı ilə İlham Əliyevin Aİ-ni qınaması haqda yazını saytıb üz qabığına çıxarıb.
Agentlik məqaləsində yazır: "Azərbaycan Prezidenti Avropa İttifaqını danlayıb və xəbərdarlıq edib ki, Fransanın Ermənistana hərbi yardım göndərmək qərarı keçən ay Azərbaycanın yüngül hərbi əməliyyatından sonra Cənubi Qafqazda yeni münaqişəyə səbəb ola bilər.
Azərbaycan Prezidenti İlham Əliyev ötən həftə Aİ-nin vasitəçiliyi ilə Ermənistanın baş naziri Nikol Paşinyanla görüşündən çıxıb və Brüssel Ermənistanın yanında olduğunu bildirib".