XƏBƏRLƏR / Siyasət

Bayramov Böyük Britaniyayla strateji dialoqda iştirak edəcək

Azərbaycanın xarici işlər naziri Böyük Britaniyaya işgüzar səfərə yola düşüb

Bayramov Böyük Britaniyayla strateji dialoqda iştirak edəcək
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycanın xarici işlər naziri Böyük Britaniya ilə strateji dialoqda iştirak edəcək

    Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bazar ertəsi Böyük Britaniyaya işgüzar səfərə yola düşüb.

    "Səfər zamanı nazirin Azərbaycan və Böyük Britaniya arasında strateji dialoqda, eləcə də Ukraynanın bərpası üzrə Konfransda iştirakı gözlənilir", - məlumatda deyilir.

    Bundan əlavə, Bayramov bir sıra yüksək vəzifəli şəxslərlə ikitərəfli görüşlər keçirəcək, beyin mərkəzlərində çıxış edəcək.