Ağdamda İƏT Gənclər Forumu işə başlayıb
Tədbir “EKO həftəsi” çərçivəsində keçirilir.

Ağdamda İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Gənclər Forumu işə başlayıb.
Tədbir “EKO həftəsi” çərçivəsində keçirilir.
Forumun əsas məqsədi gənclərin İƏT regionunun gələcəyinin qurulmasında iştirakını gücləndirmək və onların ideyalarını təşkilatın yeni inkişaf strategiyasına daxil etməkdir. Tədbir gənclərin davamlı inkişaf, iqtisadi inteqrasiya və innovasiya sahələrində fəal rolunu təşviq edəcək, həmçinin onların qərar qəbul etmə proseslərinə cəlb olunmasına töhfə verəcək.
Məlumata görə, forumda iqtisadi-ticari əməkdaşlıq, davamlılıq və texnologiya, insan kapitalı və digər mövzular müzakirə olunacaq. O, həmçinin gənclərin regional siyasətdə rolunun artırılması və gələcək nəsillər üçün onların töhfələrinin tanınması üçün mühüm platformaya çevriləcək.