XƏBƏRLƏR / Siyasət

Taliblər də Xankəndiyə gəlir

Əfqanıstan Baş nazirinin müavini Molla Əbdül Qəni Bəradərin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana yola düşüb

Taliblər də Xankəndiyə gəlir
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycan hökumətinin dəvəti ilə Əfqanıstan Baş nazirinin müavini Molla Əbdül Qəni Bəradərin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana səfərə yola düşüb.

    Əfqanıstan mediası xəbər verir ki, nümayəndə heyəti İqtisadi Əməkdaşlıq Təşkilatının 3-4 iyul tarixlərində Xankəndidə keçiriləcək sammitində iştirak edəcək.

    Sammit çərçivəsində Əfqanıstanın Baş nazirinin müavini bir sıra ölkələrin nümayəndələri ilə, eyni zamanda, Azərbaycan rəsmiləri ilə ikitərəfli görüşlər keçirəcək.