XƏBƏRLƏR / Siyasət

Tatarıstan liderinin azad edilən ərazilərə səfəri başladı

Qonaq Zəngilan Beynəlxalq Hava Limanında düşüb

Tatarıstan liderinin azad edilən ərazilərə səfəri başladı
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Rusiya Federasiyasının Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanov iyunun 17-də Azərbaycan Respublikasına səfərə gəlib.

    Rüstəm Minnixanov 

    Zəngilan Beynəlxalq Hava Limanında Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanovu Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev, Azərbaycanın Rusiyadakı səfiri Polad Pülbüloğlu və digər rəsmi şəxslər qarşılayıblar.