23:15
Ermənistanın baş naziri Nikol Paşinyanın fevralın 18-də Azərbaycan Prezidenti ilə birgə "Yerindən tərpənən dağlar? Cənubi Qafqazda təhlükəsizliyin qurulması" mövzusunda keçirilən paneldə iştirakı Münhen Təhlükəsizlik Konfransının saytında rəsmi təsdiqləndi.
Deyilənə görə? Paşinyan ATƏT-in Baş katibi Helga Şmidlə görüşdən sonra paneldə iştirak etməyə qərara gəlib.
***
Xəbər verdiyimiz kimi fevralın 18-də Azərbaycan Prezidenti "Yerindən tərpənən dağlar? Cənubi Qafqazda təhlükəsizliyin qurulması" mövzusunda keçirilən paneldə iştirak edəcək.
Bəzi yerli məlumat mənbələri xəbər yayırlar ki, "Nikol Paşinyan sabah keçiriləcək Cənubi Qafqaz panelində iştirak etməyə razılıq verib."
Lakin Münhen Təhlükəsizlik Konfransının rəsmi saytında panelin iştirakçıları siyahısında hələ heç bir dəyişiklik yoxdur.