XƏBƏRLƏR / Siyasət

Çexiyanın Baş naziri Andrey Babiş Azərbaycanda səfərdədir

YENİLƏNİR / FOTO / VIDEO

Çexiyanın Baş naziri Andrey Babiş Azərbaycanda səfərdədir
  • Oxuma müddəti:

    1 dəqiqə

  • 13:03

    Aprelin 27-də Qəbələdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Çex Respublikasının Baş naziri Andrey Babiş mətbuata bəyanatlarla çıxış ediblər.



    ***

    12:28


    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qəbələdə Çex Respublikasının Baş naziri Andrey Babişlə geniş tərkibdə görüşü keçirilir.



    ***

    12:00


    Aprelin 27-də Qəbələdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çex Respublikasının Baş naziri Andrey Babişlə təkbətək görüşü keçirilib.

    ***

    11:46

    Aprelin 27-də Qəbələdə Çex Respublikasının Baş naziri Andrey Babişin rəsmi qarşılanma mərasimi olub. VIDEO

    Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Çexiyanın Baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

    Azərbaycan Prezidenti İlham Əliyev Çexiyanın Baş naziri Andrey Babişi qarşılayıb.

    Fəxri qarovul dəstəsinin rəisi Çexiyanın Baş nazirinə raport verib.

    Çex Respublikasının və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirilib.

    Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Çexiyanın Baş naziri Andrey Babişin qarşısından keçib.

    Azərbaycan nümayəndə heyətinin üzvləri Baş nazir Andrey Babişə, Çexiya nümayəndə heyətinin üzvləri isə Prezident İlham Əliyevə təqdim olunub.

    Sonra rəsmi foto çəkdirilib.