Tokayev Belarus Prezidentinin təklifinə reaksiya verdi
Lukaşenko Qazaxıstana Rusiya-Belarus İttifaq dövlətinə qoşulmağı təklif etmişdi
"Mən onun zarafatını yüksək qiymətləndirdim" - Tokayev Belarus Prezidenti Aleksandr Lukaşenkonun bəyanatını şərh edib.
“Bu yaxınlarda Belarus Respublikasının Prezidenti Aleksandr Qriqoryeviç Lukaşenko Qazaxıstana İttifaq dövlətinə qoşulmağı təklif etdi. Mən onun zarafatını yüksək qiymətləndirdim. Hesab edirəm ki, başqa inteqrasiya birlikləri, ilk növbədə Avrasiya İqtisadi İttifaqı olduğu üçün buna ehtiyac yoxdur. Nüvə silahlarına gəlincə, onlara ehtiyacımız yoxdur, çünki biz Nüvə silahının yayılmaması haqqında Müqaviləyə və Nüvə silahının sınaqlarına qadağa qoyulmasına dair Müqaviləyə qoşulmuşuq. Biz bu beynəlxalq sənədlər üzrə öhdəliklərimizə sadiq qalırıq”.
Belarus Prezidenti Aleksandr Lukaşenko Moskvada verdiyi müsahibədə demişdi ki, əgər Qazaxıstan nüvə silahı istəyirsə, Rusiya-Belarus İttifaq dövlətinə qoşulsun.