Pakistanın XİN başçısı Azərbaycana gəlir
Cəlil Abbas Cilani İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Nazirlər Şurasının Şuşadakı iclasında iştirak edəcək
Pakistanın xarici işlər naziri Cəlil Abbas Cilani Azərbaycana rəsmi səfər edəcək.
O, İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin Nazirlər Şurasının oktyabrın 9-dan 10-dək Şuşa şəhərində keçiriləcək 27-ci iclasında iştirak edəcək.
Cilani həmçinin tədbir çərçivəsində üzv ölkələrin nazirləri və digər nüfuzlu şəxslərlə ikitərəfli görüşlər keçirəcək.
Qeyd edək ki, tədbirdə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin xarici işlər nazirləri iştirak edəcək.