Paşinyan kapitulyasıyaya bənzər sənəd imzalamaq istəmir
Almaniya XİN Berlində “Cənubi Qafqazda təhlükəsizlik və sabitlik. Ermənistanın perspektivləri” müzakirəsi keçirib
Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, o, Azərbaycanla sülh müqaviləsi imzalamaqda qərarlıdır, lakin bu, Ermənistan üçün kapitulyasiyaya bənzər bir sənəd olmamalıdır. Paşinyan bunu Berlində Almaniya Xarici Siyasət Şurasında “Cənubi Qafqazda təhlükəsizlik və sabitlik. Ermənistanın perspektivləri” mövzusunda müzakirə zamanı deyib.
“Bu, bizim region üçün real və davamlı sülh haqqında sənəd olmalıdır və mən sülh, sabitlik, regional və beynəlxalq əməkdaşlıq naminə bu məsuliyyəti daşımağa hazıram”, - deyə Ermənistanın baş naziri bildirib.