"Rusiya dağılsa, dağıntılar altında qalıb hamımız öləcəyik"
Bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib
Belarus Prezidenti Aleksandr Lukaşenko hərbi və hüquq-mühafizə orqanlarının, xüsusi təyinatlılar və media rəhbərliyi ilə görüşdə çıxış edib. Lukaşenko deyib ki, “Rusiya dağılsa, dağıntılar altında qalacağıq, hamımız öləcəyik”.
Belarus Prezidenti kollektiv Qərb barədə danışaraq qeyd edib ki, "Yeni qlobal münaqişə təhlükəsi heç vaxt indiki qədər yaxın olmayıb. Yenə də ölkəmizi, bütün regionumuzu partlatmaq, insanları çaşdırmağa çalışırlar. Vəziyyəti hər vasitə ilə çalxalamaq və bu səs-küy şəraiti altında öz qaydalarını tətbiq etmək və öz qayda-qanunlarını bizə sırımaq istəyirlər. Bu qayda-qanun şəraitində isə artıq nə ölkələrimiz, nə də xalqlarımız qalacaq.”