Qoşulmama Hərəkatının Bakı toplantısı
Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı
Azərbaycan Prezidenti İlham Əliyevin Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun Nazirlərinin iclasındakı çıxışından:
- Ermənistan işğal etdiyi ərazilərdə etnik təmizləmə, Xocalı şəhərində soyqırımı həyata keçirib.
- Ermənistan işğal etdiyi ərazilərdəki 67 məsciddən 65-ni dağıdıb, qalanını isə donuzxanaya çevirib.
- Azərbaycan minalarla ən çox çirklənmiş on ölkədən biridir. Bu, Ermənistan tərəfindən hərbi cinayətdir.
- 2020-ci ildə təslim olduqdan sonra Ermənistan minaların istehsalı və Azərbaycana təhvil verilməsini davam etdirdi və sərhəddə BCP-lərin quraşdırılması ilə bu təcrübə dayandırıldı.
- Ermənistan Zəngəzur dəhlizinin açılmasına mane olur ki, bu da imzalanmış Üçtərəfli Bəyanatın pozulmasıdır.
Bakıda Qoşulmama Hərəkatının Koordinasiya Bürosunun nazirlər toplantısı başlayıb.
Nazirlər toplantısında Hərəkatın gündəliyində yer alan bir çox məsələlər müzakirə olunacaq, eyni zamanda yekun sənədlər və Bakı Bəyannaməsi qəbul ediləcək.
Qeyd edək ki, hazırda Qoşulmama Hərəkatının 120 üzvü, 18 müşahidəçi dövləti və 10 müşahidəçi beynəlxalq təşkilatı var.