XƏBƏRLƏR / Siyasət

Tramp Zelenski və NATO ölkələrinin liderləri ilə danışıb

Bu barədə Ağ Evin mətbuat katibi Karolin Levitt bildirib

Tramp Zelenski və NATO ölkələrinin liderləri ilə danışıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • ABŞ Prezidenti Donald Tramp NATO ölkələrinin liderləri ilə telefon danışıqları aparır.

    BBC-nin verdiyi xəbərə görə, bu barədə Ağ Evin mətbuat katibi Karolin Levitt bildirib.

    Qeyd olunub ki, Tramp Avropa liderlərini Alyaskada Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə danışıqların nəticələri barədə məlumatlandırıb.

    Bundan əvvəl isə Donald Tramp Ukrayna Prezidenti Volodimir Zelenski ilə uzun telefon danışığı aparıb.

    Ağ Evin mətbuat katibi Karolin Levittin sözlərinə görə, Tramp telefon danışığını Alyaskadan Vaşinqtona gedərkən təyyarədə aparıb.