XƏBƏRLƏR / Siyasət

Aİ Şurası Macarıstanın səsvermə hüququnu almaq istəyir

Bu barədə məlumat qurumun saytında dərc olunub

Aİ Şurası Macarıstanın səsvermə hüququnu almaq istəyir
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Avropa İttifaqı Şurası mayın 27-də Macarıstanın Birlikdə səsvermə hüququndan məhrum edilməsi məsələsinə dair dinləmələr keçirəcək.

    Bu barədə məlumat qurumun saytında dərc olunub.

    "Nazirlər Avropa Parlamentinin təşəbbüsü ilə 7-ci maddə proseduru çərçivəsində Macarıstan üzrə səkkizinci dinləməni keçirəcəklər", - proqramda deyilir.

    Avropa İttifaqı haqqında Müqavilənin 7-ci maddəsi ümumi dəyərlərə zidd hərəkətlərlə əlaqədar Birlik dövlətlərinin müəyyən hüquqlarının, o cümlədən ölkənin Aİ Şurasındakı nümayəndəsinin səsvermə hüququnun dayandırılmasının mümkünlüyünü nəzərdə tutur.

    Bundan əvvəl Britaniyanın “Financial Times” qəzeti yazıb ki, bir çox Aİ rəsmisi Budapeştin ictimaiyyətin, ilk növbədə Rusiya ilə bağlı əsas qərarlarına mane olmaq qabiliyyətinə görə Macarıstanın səsvermə hüququndan məhrum edilməsi məsələsini müzakirə ediblər.