XƏBƏRLƏR / Siyasət

Tramp: Ukrayna razılaşması indi Zelenskidən asılıdır

Bunu ABŞ Prezidenti “Fox News”a müsahibəsində deyib

Tramp: Ukrayna razılaşması indi Zelenskidən asılıdır
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Alyaskada keçirilən ABŞ-Rusiya sammitindən sonra Ukrayna münaqişəsinin nizamlanmasına dair razılaşmanın əldə olunması indi Volodimir Zelenskidən asılıdır.

    Bunu ABŞ lideri Donald Tramp “Fox News”a müsahibəsində deyib: "Düşünürəm ki, bir sövdələşmə bağlana bilər. İndi onun bağlanıb-bağlanmayacağı Zelenskidən asılıdır".

    Tramp əlavə edib ki, Avropa ölkələri razılaşmaların əldə olunmasında az da olsa rol oynamalı olacaqlar.