Rəisi Əsədlə görüşdü
İran Prezidenti Suriya böhranı başlayandan bəri ilk dəfə rəsmi səfərlə Suriyaya gedib
Suriyanın paytaxtı Dəməşqdə səfərdə olan İran prezidenti İbrahim Rəisi suriyalı həmkarı Bəşər Əsədlə görüşüb. Bu barədə Suriyanın rəsmi SANA agentliyi məlumat yayıb.
Rəisinin iki gün davam edəcək səfər zamanı suriyalı həmkarı Bəşər Əsədlə görüşü və iqtisadi əməkdaşlığın gücləndirilməsi ilə bağlı rəsmi danışıqlar aparması nəzərdə tutulub.
Qeyd olunub ki, İran prezidenti Suriya böhranı başlayandan bəri ilk dəfə rəsmi səfərlə Suriyaya gedib.