Tokayev ŞƏT liderlərini Qazaxıstana dəvət etdi
ŞƏT-in budəfəki sammiti virtual formatda keçirilib
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv dövlətlərin liderlərini Qazaxıstana dəvət edib. Rusiya mətbuatı xəbər verir ki, o, ŞƏT-in sammitində bu barədə danışıb.
Tokayev liderlərin üzbəüz görüşünün vacibliyini vurğulayıb. Sammitdə çıxış edən Çin sədri Si Tsinpin isə ölkələr arasındakı ticarət dövriyyəsində milli valyutalara üstünlük verməyin önəminə diqqət çəkib.
Qeyd edək ki, ŞƏT-in budəfəki sammiti virtual formatda keçirilib.