Xarici işlər nazirlərinin Bakı toplantısı başlayır YENİLƏNİR
Tədbir iki gün davam edəcək
09:30
Bakıda Qoşulmama Hərəkatının Koordinasiya Şurasının Nazirlər Toplantısında iştirak edəcək nazirlərin qarşılanma mərasimi keçirilir. Qonaqları Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov qarşılayır.
***
Bakıda Qoşulmama Hərəkatının Koordinasiya Bürosunun nazirlər toplantısı başlayır.
Nazirlər toplantısında Hərəkatın gündəliyində yer alan bir çox məsələlər müzakirə olunacaq, eyni zamanda yekun sənədlər və Bakı Bəyannaməsi qəbul ediləcək.
Qeyd edək ki, hazırda Qoşulmama Hərəkatının 120 üzvü, 18 müşahidəçi dövləti və 10 müşahidəçi beynəlxalq təşkilatı var.