XƏBƏRLƏR / Siyasət

Ərdoğan COP29 çərçivəsində Key Starmer ilə danışıqlar aparıb

Türkiyə Prezidenti Böyük Britaniyanın Baş naziri ilə regional və beynəlxalq məsələləri müzakirə edib

Ərdoğan COP29 çərçivəsində Key Starmer ilə danışıqlar aparıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıda keçirilən COP29 sammiti çərçivəsində Böyük Britaniyanın Baş naziri Key Starmer ilə danışıqlar aparıb.

    Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

    Məlumata görə, görüşdə ikitərəfli münasibətlər, o cümlədən regional və beynəlxalq məsələlər müzakirə edilib.

    Ərdoğan Ankara ilə London arasında əlaqələrin inkişafı, eləcə də ticarət dövriyyəsinin həcminin artırılması istiqamətində səyləri davam etdirmək niyyətində olduğunu açıqlayıb.