"Qarabağ sakinlərinin bir qismi geri qayıtmaq fikrindədir"
Rusiya XİN sözçüsü Mariya Zaxarova bu barədə onlara məlumat daxil olduğunu deyir
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova keçirdiyi brifinqdə bildirib ki, əvvəllər bölgəni tərk etmiş Qarabağ sakinlərinin bəzilərinin geri qayıtmağı planlaşdırdığı barədə Rusiya məlumat alır, Moskva bu prosesi dəstəkləyəcək.
“Bizə məlumat daxil olur ki, Qarabağ sakinlərinin bir qismi geri qayıtmaq fikrindədir. Onlar vurğulayırlar ki, əgər buna şərait yaradılarsa və onların təhlükəsizliyi təmin olunarsa”, - deyən Zaxarova əlavə edib ki, bu halda Moskva Azərbaycan tərəfi ilə təmasda “bu proseslərə yardım göstərəcək”.