XƏBƏRLƏR / Siyasət

Aİ "Sülh Şurası"nın BMT ilə uyğunluğunu şübhə altına alıb

Bu barədə Avropa Şurasının nümayəndəsi Antonio Koşta danışıb

Aİ "Sülh Şurası"nın BMT ilə uyğunluğunu şübhə altına alıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Avropa İttifaqı "Sülh Şurası"nın BMT ilə uyğunluğunu şübhə altına alıb.

    "Sülh Şurasının nizamnaməsinin bir neçə müddəası, fəaliyyət dairəsi, idarəetmə və BMT Nizamnaməsinə uyğunluqla bağlı ciddi şübhələrimiz var", - deyə Avropa Şurasının nümayəndəsi Antonio Koşta Qrenlandiya üzrə təcili AB sammitindən sonra bildirib.

    O, qeyd edib ki, Sülh Şurası BMT Təhlükəsizlik Şurasının 2803 saylı qətnaməsinə uyğun olaraq keçid administrasiyası kimi öz missiyasını yerinə yetirməsi şərtilə Qəzza zolağı üçün sülh planının həyata keçirilməsində ABŞ ilə əməkdaşlıq etməyə hazırdır.