XƏBƏRLƏR / Siyasət

ABŞ konqresmenləri Türkiyəyə niyə gəliblər?

Konqresin Nümayəndələr Palatasının 4 üzvünü milli müdafiə naziri Yaşar Gülər qəbul edib

ABŞ konqresmenləri Türkiyəyə niyə gəliblər?
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Milli müdafiə naziri Yaşar Gülər ​​Ankarada ABŞ Konqresinin Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsinin 4 üzvünü qəbul edib. Qəbulda ABŞ-ın Ankaradakı səfiri Cefri L. Flake də iştirak edib.

    ABŞ Nümayəndələr Palatasının nümayəndə heyəti müxtəlif təmaslar etmək üçün Türkiyəyə gəlib. Milli Müdafiə Nazirliyi görüşün fotolarını paylaşaraq rəsmi sosial media hesabında yazılı açıqlama verib.

    Açıqlamada "Milli müdafiə naziri Yaşar Gülər ​​ABŞ Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsinin sədri Mayk Rocersi, yüksək səviyyəli üzv Adam Smiti və üzvlər Salud Carbajal və Veronika Eskobarı qəbul edib. Qəbulda ABŞ-ın Ankaradakı səfiri Cefri L. Flake də iştirak edib" bildirilir.

    Sözügedən görüşdə ikitərəfli əlaqələr, Ukrayna və Qəzza müharibələri, F-16 qırıcılarının Türkiyəyə verilməsi, İŞİD və PKK ilə mübarizə, Prezident Rəcəb Tayyib Ərdoğanın mayın 9-da ABŞ-a səfəri ilə bağlı məsələlər müzakirə olunur.

    Bundan əlavə, nümayəndə heyəti Milli İstihbarat Təşkilatının rəhbəri İbrahim Kalınla görüşəcəklər.