XƏBƏRLƏR / Siyasət

Rəcəb Tayyib Ərdoğan bu gün Bakıya gəlir

Bu barədə Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı məlumat verib

Rəcəb Tayyib Ərdoğan bu gün Bakıya gəlir
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bu gün Bakıya gəldiyini açıqlayıb.

    Cahit Bağçı

    Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı Twitter hesabında belə yazır: "Hörmətli prezidentimiz Rəcəb Tayyib Ərdoğanı gözləyirik. Bu gün böyük görüş və qardaşların qucaqlaşması olacaq".

    Bundan əvvəl xəbər verilmişdi ki, Türkiyə liderinin səfəri iyunun 13-nə planlaşdırılıb.