BMT Ermənistan və Azərbaycana çağırış etdi
Miroslav Yença Bakı və İrəvanı “çox gec olmadan” davamlı sülh həllinə nail olmaq üçün diplomatik səylərini artırmağa çağırıb
BMT baş katibinin köməkçisi Miroslav Yença Bakı və İrəvanı 10 noyabr 2020-ci il tarixli atəşkəs sazişi üzrə üçtərəfli bəyanatın öhdəliklərini yerinə yetirməyə çağırıb. Miroslav Yença bu barədə BMT Təhlükəsizlik Şurasının dünənki iclasında bildirib. “Tərəflər 10 noyabr 2020-ci il tarixli üçtərəfli atəşkəs bəyanatına və sonradan razılaşdırılmış bəyanatlara uyğun olaraq öz öhdəliklərini tam şəkildə yerinə yetirməlidirlər”, - deyə O, Bakı və İrəvanı “çox gec olmadan” davamlı sülh həllinə nail olmaq üçün diplomatik səylərini ikiqat artırmağa çağırıb.
O, həmçinin İrəvan və Bakını “çox gec olmadan” davamlı sülh həllinə nail olmaq üçün diplomatik səylərini ikiqat artırmağa çağırıb.
Baş katibin köməkçisi beynəlxalq ictimaiyyəti Bakı ilə İrəvan arasında nəticələrinin bütün Cənubi Qafqaza təsir edə biləcəyi münaqişənin yenidən başlanmasının qarşısını almağa çağırıb.