"Moskva ilə İrəvan arasında münasibətlərdə nikbin deyiləm"
Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bəyan edib

Lavrov Moskva ilə İrəvan arasında münasibətlərdə nikbin olmadığını açıqlayıb
Rusiya Federasiyası ilə münasibətləri bilərəkdən pozan Ermənistan rəhbərliyinin mövqeyi ucbatından Ermənistan və Rusiya münasibətlərindəki vəziyyət nikbinlik yaratmır. Bunu martın 28-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov “İzvestiya”ya müsahibəsində deyib.
“Ermənistanda mən artıq mövcud vəziyyəti şərh etməli oldum, bu, təbii ki, nikbinlik yaratmır. Ermənistan rəhbərliyi, düzünü desək, son üç-üç il yarımın tarixini təhrif edərək, uydurma bəhanələrlə bilərəkdən Rusiya Federasiyası ilə münasibətlərin pozulmasına gətirib çıxarır”, - Lavrov bildirib.