Rusiya-Ermənistan münasibətlərində gərginlik
Dmitri Peskov Putinin İrəvana mümkün səfəri ilə bağlı sualı cavablandırıb
Ermənistanın BCM-nin Roma Əsasnaməsinə qoşulması, əlbəttə ki, ikitərəfli münasibətlərimizə mənfi təsir göstərməyə bilməz. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov belə deyib.
“Biz artıq dedik ki, təbii ki, Ermənistanın bu beynəlxalq nizamnaməyə qoşulması ilə bağlı yeni reallıq, əlbəttə, erməni tərəfdaşlarla ikitərəfli münasibətlərimizə mənfi təsir göstərməyə bilməz. Bu məsələ hələ də “ikitərəfli dialoq çərçivəsində həll edilməlidir, bunu etməkdə qərarlıyıq”. Dmitri Peskov Putinin İrəvana mümkün səfəri ilə bağlı sualı cavablandırarkən deyib.