A.Mirzoyan və C.Bayramovun ABŞ görüşü 3 gün çəkəcək
Bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller bildirib
Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında Vaşinqtonda danışıqlar iyunun 29-dək davam edəcək.
Bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller bildirib.
Qeyd edək ki, bu gün Virciniya ştatının Arlinqton şəhərində Bakı vaxtı ilə saat 17:25-də ABŞ Dövlət katibi Blinken Azərbaycanın xarici işlər naziri Bayramovla görüşəcək. Daha sonra saat 18:00-da Blinkenin Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə üçtərəfli görüşü olacaq.