XƏBƏRLƏR / Siyasət

Bişkekdə Putin-Paşinyan görüşü gözlənilir

Bunu Rusiya Prezidenti Putinin sözçüsü Peskov təsdiqləyib

Bişkekdə Putin-Paşinyan görüşü gözlənilir
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Ermənistanın Baş naziri Nikol Paşinyan Qırğızıstan Respublikasına iki günlük işgüzar səfərə yola düşüb.

    Baş nazir Bişkekdə keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT+) sammitində və sammit çərçivəsində keçirilən tədbirlərdə iştirak edəcək.

    Ermənistan Respublikası hökumətinin məlumatına görə, səfəri zamanı Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putin və başqa xarici tərəfdaşlarla ikitərəfli görüşlər keçirəcək.

    Rusiya Prezidentinin sözçüsü Dmitri Peskor Putinin Paşinyanla gözlənilən görüşü təsdiqləyib: "Bu gün Bişkekdə Nikol Paşinyanla görüşdə Putin bir daha İrəvanın Aİ-yə qoşulmaq niyyəti ilə bağlı Moskvanın mövqeyini açıqlayacaq".