İrəvanın Avropa yolunu niyə öz hesabımıza dəstəkləməliyik?
Rusiya Baş nazirinin müavini Aleksey Overçuk yenə TASS-a Ermənistandan şikayətlənib
"Biz Ermənistanı Avrasiya İqtisadi Birliyində görmək istəyirik," - Rusiya Baş nazirinin müavini Aleksey Overçuk TASS-a verdiyi müsahibədə bildirib.
"Ermənilər bizim üçün yaxın xalqdır və biz onların həyatı və Ermənistan iqtisadiyyatının gələcək vəziyyəti ilə maraqlanırıq. İqtisadiyyatın orada çiçəklənməsi üçün əlimizdən gələni edirik. Amma seçim Aİ-nin xeyrinədirsə, təbii ki, bir sualımız var. Niyə bunu öz hesabımıza dəstəkləməliyik?
Əgər Ermənistan Rusiyaya qarşı dost olmayan ölkələrə qoşulursa, onda niyə onu dəstəkləməliyik? Etiraf etməlisiniz ki, Ermənistanın bizim birliyimizin üzvü olması bir şeydir, Ermənistanın isə bizə qarşı dost olmayan ölkələr alyansına yaxınlaşması tamamilə başqa bir şeydir.
Ermənistan tərəfindən eşidirik ki, onlar Aİ-yə qoşulmağa və onun standartlarını qəbul etməyə çalışırlar, eyni zamanda AİB-də qalmaq və AİB-ə üzvlüyün verdiyi bütün iqtisadi üstünlüklərdən yararlanmaq istəyirlər.
Ermənistan tez bir zamanda qərar versəydi, daha yaxşı olardı. Bu, həm Ermənistanın AİB-dəki müttəfiqləri, həm də Ermənistanın özü üçün daha ədalətli olardı", - Rusiya Baş nazirinin müavini qeyd edib.
1 dəqiqə