Putin hərbi cani Köçəryanı təbrik edib
Bu barədə Kremlin Mətbuat Xidməti xəbər yayıb
Kremlin məlumatına görə, Rusiya Prezidenti Vladimir Putin Robert Köçəryana (hərbi cani- ANSPress) ad günü münasibətilə təbrik teleqramı göndərib və ona "sınaqlar qarşısında güc" arzulayıb.
Xatırladaq ki, avqustun 25-i hüquq-mühafizə orqanlarının əməkdaşları Ermənistanın ikinci prezidenti Robert Köçəryanın və oğlu Levonun evində, eləcə də keçmiş prezidentin ailəsinə məxsus şirkətlərdə axtarış aparıblar. Robert Köçəryan və böyük oğlu Sedrak daha sonra həbs ediliblər.
Keçmiş prezident qanunsuz əmlak əldə etməkdə ittiham olunur. Müstəntiqlərin sözlərinə görə, prezidentliyi dövründə Köçəryan başqaları ilə əlbir olaraq və vəzifəsindən istifadə edərək bir sıra dövlət və iqtisadi aktivləri bazar qiymətlərindən aşağı qiymətə əldə edib.
1 dəqiqədən az